Düzgün idman edin

Düzdür, idman orqanizmi xəstəliklərdən qorumaqla yanaşı, sağlam saxlayır və bədən daha möhkəm və daha müqavimətli olur.
Lakin düzgün idman etmədikdə, daha doğrusu, idman edərkən qaydalara düzgün əməl etmədikdə orqanizm sağlamlıq əvəzinə xəstəlik, hətta, belə demək mümkünsə, şikəstlik tapır. Bir sözlə, idman etdikdə müəyyən qaydalara əməl etmək lazımdır. Elə isə bunun üçün nə etməlisiniz?

idman1. İdmana başlamazdan ən azı yarım saat əvvəl yemək-içməyi dayandırmalısınız. Çünki məşq əsnasında mədənin dolu olması məsləhət deyil. Əgər vaxtınız yoxdursa, aclığı aradan qaldırmaq üçün alma, banan və s. yeyə bilərsiniz.

2. Salona daxil olarkən çantanızda sizin üçün daha rahat olan idman paltarı və ayaqqabı olmalıdır.

3. İdmana makiyajsız başlayın. Çünki hərəkət edərkən bədən hərarətinin artması ilə əlaqədar makiyaj tərlə birləşərək dəriyə zərər verə, allergik dəri xəstəliklərinə, hətta qaşınmalara səbəb ola bilər.

4. Əvvəlcə, kiçik hərəkətlərlə bədənin, necə deyərlər, qızmasına nail olun. Qaçış lentinin üzərində keçirəcəyiniz bir neçə dəqiqə və ardından bir neçə aktiv hərəkət sizin üçün həyati əhəmiyyət daşıyır. Əgər bunu etməsəniz, şikəstliklər meydana çıxa bilər.


Ardı →